Azərbaycan prezidenti İlham Əliyevin 6 fevral tarixli sərəncamı ilə Sahil Babayev əmək və əhalinin sosial müdafiəsi naziri vəzifəsindən azad edilib.
Dövlət başçısının digər bir sərəncamı ilə Babayev maliyyə naziri təyin olunub.
Ötən ay prezident Samir Şərifovu baş nazirin müavini təyin etdikdən sonra maliyyə naziri vəzifəsi boş qalmışdı.