AZ

MSK-ya daxil olan müraciətlərə baxılıb

Bakı. Trend:

Bu gün Mərkəzi Seçki Komissiyasının növbəti iclasıkeçirilib.

Trend xəbər verir ki, iclasdayanvarın 29-da keçirilən bələdiyyə seçkiləri ilə əlaqədar MSK-yadaxil olan müraciətlərə baxılıb.

Məlumat verilib ki, müraciətlər 69 saylı Biləsuvar kənd, 72saylı Cəlilabad kənd, 74 saylı Masallı (2 müraciət), 82 saylıİmişli-Saatlı, 83 saylı Beyləqan, 95 saylı Zərdab-Kürdəmir-Ucar,113 saylı Qax-Şəki dairə seçki komissiyalarının müxtəlif məntəqəseçki komissiyalarından daxil olub.

Qeyd edilib ki, müraciətlər qanunvericiliyin tələbinə əsasən,aidiyyəti üzrə baxılması üçün dairə seçki komissiyalarınaqaytarılıb.

Qeyd edək ki, yanvarın 29-u saat 19:00-da Azərbaycanda bələdiyyəseçkilərində səsvermə başa çatıb. Saat 19:00-a olan məlumataəsasən, bələdiyyə seçkilərində 1 874 810 seçici səsvermə hüququndanistifadə edib, seçici fəallığı 31,45 % olub.

Bələdiyyə seçkilərində 118 seçki dairəsində 685 bələdiyyəyə 8071 üzv seçiləcək. 16 092 namizədin adı seçki bülletenlərinə daxiledilib. Səs vermək hüququna malik 5 961 987 seçicinin adı siyahıyadaxil edilib. Bələdiyyə seçkilərində MSK və dairə seçkikomissiyalarında 70 625 müşahidəçi akkreditasiyadan keçib. 1000seçki məntəqəsində veb-kameralar quraşdırılıb.

Məqalədə:
Seçilən
32
20
az.trend.az

10Mənbələr