AZ

Tramp: "İsrail Qəzzanı ABŞ-ın nəzarətinə verəcək"

Fələstin anklavında hərbi münaqişə bitdikdən sonra İsrail Qəzza zolağını ABŞ-ın nəzarətinə verə bilər.

Bizim.Media xəbər verir ki, bu təklifi ABŞ prezidenti Donald Tramp "Truth Social"da yazıb.

Onun sözlərinə görə, Qəzza zolağının ABŞ tərəfindən mümkün bərpası bəşəriyyət tarixində ən böyük və ən təsirli layihə ola bilər.

“Birləşmiş Ştatlar dünyanın hər yerindən bura görkəmli tərtibatçı qrupları cəlb edəcək. Daha Amerika əsgərlərinə ehtiyac qalmayacaq. Nəticədə regionda sabitlik hökm sürəcək!” - deyə o, əlavə edib.

Bizim.Media

Seçilən
22
bizim.media

1Mənbələr