Azərbaycan millisinin baş məşqçisi Fernandu Santuş daha bir oyunu izləyib.
Msport.az saytının məlumatına görə, yığmamızın çalışdırıcısı bu dəfə I Liqa matçında olub.
Portuqaliyalı mütəxəssis bu gün XIII tur çərçivəsində keçirilən “Difai” – “Qəbələ” qarşılaşmasını tribunadan seyr edib. Oyun qonaqların 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.