Fevralın 5-də ABŞ Prezidenti Donald Tramp fələstinlilərin qonşu ölkələrə köçürülməsindən sonra Qəzza zolağına nəzarəti ələ keçirmək niyyətində olduğunu bəyan edib. İsrailin baş naziri Benyamin Netanyahu ilə keçirdiyi mətbuat konfransında o, bölgənin yenidən qurulmasına, iş yerlərinin yaradılmasına və partlamamış hərbi sursat təhlükəsini aradan qaldıracağına söz verib. Trampın planları ərəb liderləri və HƏMAS-ın qınağına səbəb olub, onlar Trampın təkliflərini “qovma” adlandırıblar. Netanyahu, ABŞ Prezidentini dəstəkləyərək, "qeyri-standart düşündüyünü və yeni fikirlər təklif etdiyini" söyləyib.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta