Qeyd edək ki, ABŞ Dövlət Departamenti Panama hökumətinin ABŞ gəmilərinin kanaldan pulsuz keçməsi üçün artıq razılaşdığını irəli sürmüşdü. Açıqlamada, ABŞ hökumətinin gəmilərinin Panama kanalından heç bir rüsum ödəmədən keçə biləcəyi bildirilmişdi. İddia edilmişdi ki, bununla ABŞ hökuməti hər il milyonlarla dollara qənaət edəcək. ABŞ Prezidenti Donald Tramp Panama kanalının Çinin nəzarətində olduğunu irəli sürərək, bunun Vaşinqtonun maraqlarına zidd olduğunu ifadə etmişdi.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta