Bu sözləri Demokrat.az-a açıqlamasında politoloq Tofiq Abbasov deyib.
"Digər yandan təşkilat ABŞ üçün dostların sayını artırmaq yerinə, düşmənlərinin sayını artırır. Sərt müdaxilələr, rəngli inqlab cəhdləri bir sıra elitalar arasında narazılığa səbəb olur. Təşkilat Amerikanı düşmən bir ölkəyə çevirib. Təşkilat dövlət departamenti tərəfindən guya Amerika maraqlarını təbliğ edirsə, necə olur ki, düşmənlərim sayı artır?".
O bildirib ki, Tramp çoxlarının etmək istədiyini gündəmə gətirdi:
"USAID ermənipərəst mövqe tuturdu. İndiki rəhbəri mənfurcasına erməni separatizminə dəstək verirdi, kömək edirdi. Bunlar hamısı açıq-aşkar görünür, nifrət doğururdu. Təşkilat öz-özünə düşmən yaratdı. Trampın təşkilatı birdəfəlik ləğv edəcəyini düşünmürəm. Ola bilsin, əvəzinə başqa təşklat yaradılsın və funksiyalarını yerinə yetirsin. Amerikanın 1961-ci ildə yaratdığı USAID onun tərzi, siyasi sistemi, dəyərlərini təbliğ etmək üçün yaradılmışdı. Əslində hər şey tərsinə baş verdi".
Əfsanə Kamal
Demokrat.az