Bakı. Trend:
Azərbaycanda imtiyazlı əhali qrupuna aid olan xəstələr dərmanvasitələri ilə təmin olunurlar.
Trend-in əldəetdiyi məlumata görə, ölkəyə növbəti dəfə bu qrup şəxslərintəminatı məqsədilə dərman vasitələri gətiriləcək.
Belə ki, artıq bununla bağlı Tibbi Ərazi Bölmələrini İdarəetməBirliyinin (TƏBİB) tabeliyində “İnnovasiya və Təchizat Mərkəzi”publik hüquqi şəxsi müvafiq işləri yekunlaşdırıb.
Məlumata görə, qurum sözügedən dərman vasitələrinin satınalınmasına 17,1 milyon manat vəsaitin sərf olunacağınıproqnozlaşdırıb.
Qeyd edək ki, Azərbaycanda stasionar tibb müəssisələrindəmüalicə olunan və imtiyazlı qruplara daxil olan xəstələr dərmanpreparatları və tibbi ləvazimatları ilə təmin olunurlar.