AZ

Azercell şəkili qadın sahibkarları dəstəkləyir (FOTO)

Lider mobil operator qadınların sahibkarlıq fəaliyyətini və iqtisadi müstəqilliyini dəstəkləməyə davam edir.

Azercell "Həyatı daha dolğun edirik: Qadınlara Dəstək Proqramı" sosial layihə müsabiqəsi çərçivəsində layihənin qaliblərindən biri olan "Balans" İctimai Birliyi ilə bərabər Şəkidə qadın sahibkarlığını təşviq edən proqram həyata keçirib.

"Qadın və biznes - Qadınların sahibkarlıq fəaliyyətinə dair biliklərinin təkmilləşdirilməsi üçün praktiki təcrübə proqramı" çərçivəsində biznesini inkişaf etdirmək istəyən 23 qadın ixtisaslaşmış təlimlərdə iştirak edib. Beynəlxalq təcrübəyə əsaslanan bu proqram biznesin idarə edilməsi, sahibkarlığın hüquqi və maliyyə aspektləri kimi mövzuları əhatə edib.

Yiyələndikləri nəzəri biliklərlə yanaşı, iştirakçılar müxtəlif biznes müəssisələrinə səfərlər edərək uğurlu sahibkarlarla görüşmək və praktiki təcrübə qazanmaq imkanı da əldə ediblər. Layihənin sonunda proqram iştirakçıları biznes planlarını hazırlayaraq gələcək fəaliyyətlərini daha da peşəkar şəkildə idarə etməyi öyrəniblər.

Proqramı uğurla tamamlayan hər bir iştirakçıya müvafiq sertifikat təqdim olunub.

Azercell-in 2024-cü ilin avqust ayında elan etdiyi bu sosial layihə müsabiqəsinin əsas məqsədi qadınların iqtisadi müstəqilliyini dəstəkləyərək ölkənin dayanıqlı inkişafına töhfə verməkdir.

Azercell

Azercell

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
14
16
olaylar.az

10Mənbələr