AZ

Trampın şok planı üzə çıxdı: bu şəxslərin məlumatları Ağ Evə göndərilib

Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) son iki ildə işə götürülən işçilərin adları olan e-poçtu Ağ Evə göndərdiyi iddia edilir. MKİ-nin bu addımı ABŞ prezidenti Donald Trampın federal hökuməti formalaşdırmaq səylərinin bir hissəsidir.

Publika.az xəbər verir ki, bu barədə CNN məlumat yayıb.

Bildirilib ki, siyahıda Çində işləmək üçün xüsusi olaraq işə götürülən və çinli hakerlər tərəfindən hədəf alındıqları üçün yaxından qorunan gənc analitiklər və agentlər haqqında məlumatlar var.

MKİ-nin bəzi rəsmiləri bu siyahının Ağ Evə e-poçt vasitəsilə göndərildiyi üçün Çin, Rusiya və ya digər xarici kəşfiyyat xidmətləri tərəfindən asanlıqla əldə edilə biləcəyindən etiyat edir. ABŞ-ın yeni hökumətinin federal hökuməti sıxışdırmaq səylərinə Mərkəzi Kəşfiyyat İdarəsinin əməkdaşlarının da daxil edildiyi iddia edilir.

Seçilən
35
publika.az

1Mənbələr