AZ

Bakıdakı “Rus evi” bağlanır - Rusiyaya nota GÖNDƏRİLDİ

Azərbaycan Respublikası ərazisində bu kimi təşkilatların fəaliyyəti milli qanunvericiliyə, ölkələr arasında qarşılılıq prinsipinə və ikitərəfli əsasda əldə olunmuş razılıqların tələblərinə uyğun olaraq tənzimlənir.

Modern.az xəbər verir ki, bunu Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadənin Rusiya Federasiyasının “Rossotrudniçestvo” agentliyinin Azərbaycan Respublikası ərazisində fəaliyyətinə xitam verilməsi ilə bağlı yerli mətbuatın sualına cavabında deyib.

“Rossotrudniçestvo”nun Azərbaycandakı nümayəndəliyi olan Rusiya İnformasiya-Mədəniyyət Mərkəzi – “Rus Evi”nin hüquqi şəxs qismində qeydiyyatının mövcud olmadığı və təşkilatın Azərbaycan qanunvericiliyini ciddi şəkildə pozduğu barədə Rusiya tərəfinə məlumat verildikdən sonra, 3 fevral 2025-ci il tarixində “Rus Evi”nin fəaliyyətinə xitam verilməsi barədə Rusiya tərəfinə nota göndərilib.

Bununla, Azərbaycan tərəfinin ölkəmizdə “Rus Evi”nin fəaliyyətinə xitam verilməsi barədə qərarından irəli gələrək, Rusiya tərəfindən bu istiqamətdə müvafiq tədbirlər həyata keçirilməsi gözlənilir.

***

15:53

"Rossotrudniçestvo"nun rəhbəri Yevgeni Primakov Bakıdakı Rusiya mədəniyyət mərkəzinin (Rus evinin) fəaliyyətinə xitam verilməsi barədə Azərbaycandan nota aldığını təsdiqləyib.

Modern.az xəbər verir ki, o bu barədə "Rossiya-24" telekanalına müsahibəsində bildirib.

"Notada deyilir ki, bizim nümayəndəliyimiz - Rusiya İnformasiya və Mədəniyyət Mərkəzi (RİMM), xalq arasında "Rus evi" adlandırılan mərkəz, yerli qanunvericiliyə əsasən hüquqi şəxs kimi qeydiyyatdan keçməlidir", - deyə Primakov bildirib.

***

13:28

Azərbaycan tərəfi “Rossotrudniçestvo” agentliyinin ölkə ərazisində fəaliyyətinə xitam verilməsi barədə diplomatik kanallar vasitəsilə Rusiyaya rəsmi bildiriş göndərib.

Modern.az xəbər verir ki, bu barədə Report məlumat yayıb.

Bildirilib ki, daha əvvəl analoji qərarın ABŞ-nin USAID agentliyi ilə bağlı verildiyini nəzərə alaraq (hətta Prezident Donald Trampın andiçmə mərasimindən və onun bu strukturu ləğv etmək barədə sonrakı qərarından əvvəl), bu addım müasir Azərbaycanın öz milli maraqlarını qorumaq istiqamətində ardıcıl kursu davam etdirdiyinin bir daha sübutudur və haradan qaynaqlanmasından asılı olmayaraq, kənar müdaxilələrə artıq dözmək niyyətində olmadığını göstərir.

Azərbaycan özü donora çevrilib və xüsusilə qeyri-şəffaf sxemlər əsasında və strukturu açıq şəkildə kəşfiyyat xarakterli olan təşkilatlar vasitəsilə verilən kənar yardıma ehtiyacı yoxdur.

Seçilən
11
21
modern.az

10Mənbələr