AZ

Rəsmi Moskva Bakıdakı “Rus Evi”nin fəaliyyətinin dayandırılmasına dair nota aldığını TƏSDİQLƏDİ

Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi Mariya Zaxarova rəsmi Moskvanın Bakıdakı “Rus Evi”nin fəaliyyətinin dayandırılmasına dair nota aldığını təsdiqləyib.

Bizim.Media xəbər verir ki, bu barədə Zaxarova keçirdiyi həftəlik brifinq zamanı danışıb.

XİN rəsmisi qeyd edib ki, Kreml “Rus Evi”nin qeydiyyatının başa çatdırılması üçün lazımi addımların atılmasına hazırdır: “Azərbaycan diplomatik kanallar vasitəsilə Bakıdakı “Rus Evi”nin fəaliyyətinə xitam verilməsinə dair nota göndərib. Buna cavab olaraq Rusiya tərəfi Azərbaycan qanunvericiliyinə uyğun olaraq “Rus Evi”nin qeydiyyatının başa çatdırılması üçün lazımi addımların atılmasına hazır olduğunu bildirib. Bu addımlar informasiya-mədəniyyət mərkəzlərinin yaradılması və fəaliyyət şərtlərinə dair ikitərəfli hökumətlərarası saziş əsasında atılacaq”.

Qeyd edək ki, Azərbaycan XİN tərəfindən “Rossotrudniçestvo”nun Azərbaycandakı nümayəndəliyi olan Rusiya İnformasiya-Mədəniyyət Mərkəzi – “Rus Evi”nin hüquqi şəxs qismində qeydiyyatının mövcud olmadığı və təşkilatın Azərbaycan qanunvericiliyini ciddi şəkildə pozduğu barədə Rusiya tərəfinə məlumat verildikdən sonra, 3 fevral 2025-ci il tarixində “Rus Evi”nin fəaliyyətinə xitam verilməsi barədə Rusiya tərəfinə nota göndərilib.

Bizim.Media

Seçilən
21
6
bizim.media

10Mənbələr