Yanvarın 29-da keçirilən bələdiyyə seçkiləri ilə əlaqədar Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib.
Moderator.az xəbər verir ki, iclasın gündəliyinə bələdiyyə seçkiləri ilə əlaqədar Komissiyaya ünvanlanan müraciətlərə baxılması ilə bağlı məsələ daxil edilib.
İclasda 82 saylı İmişli-Saatlı, 83 saylı Beyləqan, 74 saylı Masallı (2 şikayət), 95 saylı Zərdab-Kürdəmir, 72 saylı Cəlilabad kənd, 113 saylı Qax-Şəki, 69 saylı Biləsuvar kənd, 81 saylı İmişli, 95 saylı Zərdab-Kürdəmir-Ucar, 80 saylı Lerik-Astara seçki dairələrindən Komissiyaya daxil olan müraciətlərə baxılıb.
MSK-nın qərarına əsasən, daxil olmuş müraciətlər Seçki Məcəlləsinin tələblərinə uyğun olaraq, aidiyyəti üzrə baxılması üçün müvafiq dairə seçki komissiyalarına və müraciət edən şəxslərə geri göndərilib.
İclasda məlumat verilib ki, dairə seçki komissiyalarına ümumilikdə 12 müraciət daxil olub. Onlardan 8-nə baxılaraq müvafiq qərarlar verilib.
Xatırladaq ki, seçkilərdə 1 milyon 874 min 810 seçici səsvermə hüququndan istifadə edib və seçici fəallığı 31,45% olub.