Arqument.az” saytının baş redaktoru, jurnalist Şəmşad Ağa (Ağayev) həbs edilib.
Turkustan.az apa.az-a istinadən xəbər verir ki, bu barədə Xətai Rayon Məhkəməsi qərar verib.
Hakim Rəfail Sadıxovun sədrliyi ilə keçirilən prosesdə istintaq orqanının verdiyi təqdimata baxılıb.
Təqdimat təmin olunub, Şəmşad Ağa barəsində 2 ay 1 gün müddətində həbs-qətimkan tədbiri seçilib.
Qeyd edək ki, ona Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, əvvəlcədən əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta