1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
"Eşitdim ki, rayonda yardım kampaniyası başlayıb. Ürəyimdən keçdi ki, Sübhanın toyu üçün hazırlanmış yorğan-döşəyi göndərim".
Bunu Baku TV-yə Türkiyədə baş vermiş zəlzələdən zərərçəkənlərə yardım göndərən Murtuz Kərimov - Vətən müharibəsi şəhidi Sübhan Kərimovun atası deyib.
Şəhid atası qeyd edib ki, göndərəcəyi yardım barədə həyat yoldaşı ilə məsləhətləşib və o da bu fikri bəyəndikdən sonra kampaniyaya qoşulub:
"Daxilən çox yüngülləşdik ki, Sübhan canını Vətən üçün verdi, biz də onun toyu üçün olan əşyaları qardaş ölkəyə göndərdik. Hər ikimiz bununla qürur duyduq. Biz bu işə biganə qala bilməzdik".
Ətraflı süjetdə: