AZ

İranlı dənizçilər Yəməndə həbs edilib

İrana bağlı qanunsuz husi siahlı qruplaşmasına qaçaqmalçılıq yolu ilə silah daşıyan iki iranlı dənizçi qeyri-qanuni yollarla Yəmən ərazisinə daxil olmaq istəyərkən həbs edilib.

Bu barədə "əl-Ərəbiyyə" xəbər agentliyi Yəmən rəsmilərinə istinadən məlumat yayıb.

Məlumata görə, hər iki müttəhim Cibuti vasitəsilə əl-Moxa sahillərinə qadağan olunmuş və qeyri-qanuni maddələr daşıdıqlarını etiraf edib. 

Yəmən hakimiyyətinin bildirdiyinə görə, bu qaçaqmalçılıq hərəkəti, husilərin rəhbərliyi altında, İranın dəstəyi və maliyyəsi ilə həyata keçirilən genişmiqyaslı qaçaqmalçılıq əməliyyatının bir hissəsidir.

Yəmənin Daxili İşlər Nazirliyi bir bəyanatda həbs edilən iki şəxsin hazırda qanuni təqibi altında olduğunu və istintaq prosesi başa çatdıqdan sonra səlahiyyətli orqanlara təhvil veriləcəyini açıqlayıb.

Yəmənin daxili işlər naziri İbrahim Həydan Əl-Məhrə vilayətinin polisinin rəisi Müfti Səmuda ilə telefon danışığında bu əməliyyatı alqışlayıb və təhlükəsizlik qüvvələrinin bu əyalətdəki hazırlığını yüksək qiymətləndirib.

O, həmçinin əyalətin təhlükəsizliyini və sabitliyini hədə alan planların qarşısını almaq üçün təhlükəsizlik tədbirlərinin gücləndirilməsinin vacibliyini vurğulayıb və dəniz keçidlərində monitorinqin artırılmasına və yoxlamaların gücləndirilməsinə çağırıb.

visiontv.az



Seçilən
20
visiontv.az

1Mənbələr