İranın İrəvandakı səfiri Mehdi Sübhani bildirib ki, “Zəngəzur dəhlizi ilə bağlı Ermənistanın mövqeyini yalnız İran dəstəkləyir və bölgə ölkələri arasında Zəngəzur dəhlizinin yaradılmasına qarşı çıxan yeganə ölkə İslam Respublikasıdır”.
“Zəngəzur dəhlizi həm Ermənistan, həm də İran üçün təhlükəlidir. İran və Ermənistan arasında sərhəd dəqiq müəyyən edilib və Ermənistan-Azərbaycan sərhəd danışıqlarının İranla Ermənistanın ümumi sərhədinə heç bir təsiri olmayacaq. Biz problemlərin həlli üçün diplomatiya və dialoq yolunu dəstəkləyirik. Biz mübahisələrin həlli üçün güc tətbiqinin əleyhinəyik”, - deyə, səfir iddia edib.
Sübhani qeyd edib ki, “İran bölgənin yeni gərginliyə sürüklənməməsi və yeni münaqişənin başlamaması üçün hər cür səy göstərəcək”.
Onun sözlərinə görə, “dəhliz açmaq üçün güc tətbiq etməyə heç bir əsas yoxdur, çünki kommunikasiya marşrutu artıq mövcuddur”.
visiontv.az