AZ

Nazir: Dərs saatları artırıla bilər

Dərs saatları artırıla bilər – Nazir

Gələcəkdə tədrisi digər dillərdə aparılan məktəblərdə Azərbaycan dili fənninin tədris müddəti həftəlik 3 saatdan 4 saata artırıla bilər.

AzPost xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev fevralın 6-da keçirdiyi brifinqdə deyib.

Nazir qeyd edib ki, hamı istədiyi dildə təhsil almaqda sərbəstdir:

“Biz Azərbaycan dili fənninin dərs saatlarını 2-dən 3-ə artırmışdıq. Amma lazım gələrsə, növbəti illərdə xarici dillərdə dərslərin tədris olunduğu siniflərdə Azərbaycan dili fənninin dərs saatları daha da artırılacaq. Hamı istədiyi dildə təhsil almaqda sərbəstdir. Amma təhsildə əsas məqsədlərimizdən biri də ana dilimizi unutmamaqdır”.

Facebook-da izləyin    

“TikTok”da izləyin  

Telegramda izləyin!   

İnstagramda izləyin!

Seçilən
82
14
azpost.info

10Mənbələr