AZ

Vətəndaşlar qanunsuz saxladıqları silahları polisə təhvil veriblər

Qəbələ Rayon Polis Şöbəsinin əməkdaşları qanunsuz saxlanılan silah-sursatın aşkar edilərək götürülməsi, eləcə də könüllü təhvil verilməsi məqsədilə əməliyyat-axtarış və profilaktiki tədbirlər həyata keçiriblər.

Bu barədə Herbiand.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan məlumat verilib.

Bildirilib ki, əməliyyat yolu ilə rayon sakinindən müvafiq sənədləri olmayan 1 ədəd tüfəng aşkarlanıb.

Aparılan profilaktik tədbirlər nəticəsində isə sənədləri olmayan 10 ədəd tüfəngi vətəndaşlar könüllü olaraq polisə təhvil veriblər.

Seçilən
73
10
herbiand.az

10Mənbələr