AZ

Ötən il Azərbaycanda dövlət işçilərinin sayı azalıb

2025-ci il yanvarın 1-i vəziyyətinə Azərbaycan iqtisadiyyatında muzdla çalışan işçilərin sayı ilkin məlumatlara əsasən 1778,5 min nəfər olub, onlardan 882,8 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 895,7 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.

"Cebheinfo.az" bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Qeyd edək ki, 2024-cü ilin yanvar ayının 1-i ilə müqayisədə ölkədə dövlət sektorunda çalışanların sayı 16.3 min azalıb, özəl sektorda çalışanların sayı isə 53 min nəfər artıb.

"Cebheinfo.az"

Seçilən
48
13
cebheinfo.az

10Mənbələr