AZ

Rusiya XİN-dən Bakıdakı "Rus evi"nin bağlanması ilə bağlı AÇIQLAMA

"Moskva Rusiya İnformasiya və Mədəniyyət Mərkəzinin (Rus Evi) Azərbaycan paytaxtında qeydiyyata alınması ilə bağlı Bakının tələblərini yerinə yetirməyə hazırdır".

Publika.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Mariya Zaxarova keçirdiyi brifinqdə məlumat verib.

Diplomat təsdiqləyib ki, Rusiya hakimiyyəti qurumun fəaliyyətinin dayandırılması ilə bağlı Azərbaycandan bildiriş alıb:

"Buna cavab olaraq Rusiya tərəfi Rusiya Evinin qeydiyyatının başa çatdırılması üçün zəruri tədbirlər görməyə və bunu Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq həyata keçirməyə hazır olduğunu bildirib".

Seçilən
73
7
publika.az

8Mənbələr