AZ

Filippində təyyarə qəzaya uğradı: ölənlər var

Filippinin cənubunda kiçiktutumlu mülki təyyarə qəzaya uğrayıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, "Beech King Air 350" kiçik təyyarəsi yerli vaxtla saat 14:00 radələrində Filippinin cənubundakı Maguindanao del Sur əyalətinin Ampatuan qəsəbəsində düyü tarlasına çırpılıb.

Məlumata görə, nəticədə təyyarədə olan 4 nəfər ölüb: "Cəsədlər yerli əhali tərəfindən təyyarənin qalıqları altından çıxarılıb. Onlardan 3-ü xarici ölkə vətəndaşıdır"

Tahir Şəlvəli
MİA.AZ

Seçilən
47
mia.az

1Mənbələr