Panasonic prezidenti Yuki Kusumi maliyyə hesabatında bildirib ki, şirkət televiziya bazarını tərk etməyi və bu biznesi satmağı düşünür.
Oxu24.com xəbər verir ki,bu barədə TechRadar məlumat yayıb.
Kusuminin sözlərinə görə, Panasonic lazım gələrsə, bu biznesdən imtina etmək və satmaq variantını nəzərdən keçirməyə hazırdır. O, hələlik bu məsələ ilə bağlı konkret planın olmadığını vurğulayıb.
Əsas səbəb yüksək rəqabətdir. 2016-cı ildə şirkət ucuz LCD televizorların populyarlığı və plazma panellərə tələbatın azalması səbəbindən ABŞ istehlak bazarını tərk etdi. Sonradan bazara qayıtsa da, əvvəlki mövqeyini bərpa edə bilmədi.
Panasonic OLED televizorları yüksək rəng dəqiqliyi və qabaqcıl texnologiyalara dəstəyi ilə tanınır. Lakin LG, Sony, Samsung kimi istehsalçılar da bu sahədə yüksək səviyyəyə çatıblar.
Şayiələrə görə, hazırda Panasonic-in televiziya biznesi üçün konkret iddiaçılar yoxdur. Bununla belə, şirkət rəhbərliyi digər bölmələrin, o cümlədən məişət texnikası, sənaye qurğuları və mexatronik sistemlərin satışı imkanlarını nəzərdən keçirir.
Nigar