“Azerbaijan Coca-Cola Bottlers” MMC-nin inkişaf planı çərçivəsində 2025-ci ildə Coca-Cola-nın Azərbaycanda 2-ci istehsal müəssisəsinin açılması planlaşdırılır.
Marja.az xəbər verir ki, bunu “Azerbaijan Coca-Cola Bottlers” MMC-nin baş direktoru Rəna Məmmədova bildirib.
Belə ki, 1994-cü ildən etibarən Azərbaycanda fəaliyyət göstərən Coca-Cola Azərbaycanın qeyri-neft sektorunun ilk və ən böyük investorlarından biridir. Hazırda 400-dən çox işçisi olan Coca-Cola Azərbaycan təchizat zənciri vasitəsilə 5000-dən çox iş yerini dəstəkləyir.