"Neftçi"dən ayrılan Lukas Melanonun yeni komandası bəlli olub.
Argentinalı ABŞ-də oynayacaq.
O, aşağı liqa klubu olan "Mayami" ilə anlaşıb. ABŞ təmsilçisi Melanonun keçidini rəsmən açıqlayıb.
2023-cü ilin sentyabrında "Neftçi"yə transfer olunmuş Melano ötən il avqustun 29-da komandadan göndərilmişdi. Melano "Neftçi"nin heyətində 12 rəsmi oyun keçirmişdi./publika.az
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta