AZ

Vüsal da qol vurdu, Morata da - Qazanan “Qalatasaray” oldu

style='margin-bottom:10px;'>

Türkiyə kubokunda 2-ci turun oyunları keçirilir.

QOL.az xəbər verir ki, bu gün azərbaycanlı futbolçu Vüsal İsgəndərlinin çıxış etdiyi 1-ci liqa təmsilçisi "Boluspor" "Qalatasaray"ı qəbul edib.

Vüsal matçın start heyətində yer alıb. O, matçın 12-ci dəqiqəsində hesabı açmaqla komandasını irəli çıxarıb.

Lakin meydan sahibləri hesabı qoruya bilməyiblər. “Qalatasaray” bundan sonra ardıcıl qollar vurmaqla qələbə qazanıb - 4:1. 

İstanbul təmsiçisindən Alvaro Morata (21), Eyüp Aydın (44), Yusuf Demir (72) və Ahmet Kutucu (75) fərqlənib.

Seçilən
57
1
teleqraf.com

2Mənbələr