ABŞ-nin icra hakimiyyəti “Politico”, “The New York Times” və “Associated Press”ə ayrılan maliyyəni kəsir.
Paralel.az xəbər verir ki, bu barədə ABŞ Hökumətinin Effektivliyi Departamentinin (DOGE) rəhbəri İlon Mask X-də (tviter) yazıb.
Söhbət ABŞ-nin müxtəlif dövlət qurumlarının bu KİV-ə bahalı abunələr üçün etdikləri ödənişlərdən gedir.
Maskın sözlərinə görə, Dövlət Departamenti "Associated Press" agentliyinə ödəniş etməyi dayandırıb, Maliyyə Nazirliyi "The New York Times" qəzetinə abunə ödənişini dayandırıb, NASA isə "Politico"nun xidmətlərindən imtina edib.
Fevralın 5-də Ağ Evin mətbuat katibi Karolina Levit elan etdi ki, ABŞ hökuməti ildə təxminən 8 milyon dollara başa gələn "Politico"ya abunəliyini ləğv edəcək.
O qeyd edib ki, "Politico", əslində, Amerika vergi ödəyiciləri tərəfindən subsidiyalaşdırılır və DOGE komandası artıq qəzetə ödənişləri dayandırmaq üçün işə başlayıb.
Mürtəza
Paralel.az