AZ

Moskva vilayətində təyyarə qəzaya uğrayıb

Tecnam P2002JF Sierra yüngül təyyarəsi Moskva vilayətində qəzaya uğrayıb. Qəza nəticəsində iki rusiyalı həlak olub.

QHT.az xəbər verir ki, Rusiyanın “Mash” Teleqram kanalının məlumatına görə, təyyarə Myaçkovo aerodromunun yaxınlığındakı sahəyə düşüb və sonra alovlanıb. Onların məlumatına görə, RA-01808 quyruq nömrəli təyyarə təlim uçuşu həyata keçirirmiş və saat 13:11-də əlaqəni dayandırıb.

Digər təyyarənin ekipajı qəzanı görüb və məlumat verib. Təyyarədə Aero Region Təlim uçuş məktəbinin pilotu Vitali Kiyashko və komandir Artem İvantsov həlak olublar. Baza-nın məlumatına görə, Kiyaşko ehtiyatda olan mayor və birinci dərəcəli pilot olub.

 

R.İmanov

Seçilən
44
qht.az

1Mənbələr