AZ

Universitetlər regionlara köçürüləcəkmi…- Rəsmi CAVAB

Universitetlər regionlara köçürüləcəkmi?

“Universitetlərin bölgələrə köçürülməsi konseptual məsələdə müzakirə olunur”.

AzPost xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev  bugünkü brifinqdə çıxışı zamanı universitetlər barədə sualına cavab olaraq deyib.

“Konseptual səviyyə o deməkdir ki, hələ bunun təhlilləri aparılır. Bu, sizə asan gəlməsin. Bu istiqamətdə bizim də hesablamalarımız var. Aidiyyəti qurumlarla işləyirik. Bakının mərkəzində yerləşən bir universitet 16-20 min tələbə üstəgəl onların müəllimləri və bir neçə hektar ərazi deməkdir. Asan məsələ deyil və bunu istisna etmirik. Düşünürük ki, bu, həm də təhsil üçün yaxşıdır. Universitetlər və onların regionlara köçürülməsinin layihə və ilkin təkliflər formatında hazırlanması nəzərdə tutulur”, – deyə nazir söyləyib.

Facebook-da izləyin    

“TikTok”da izləyin  

Telegramda izləyin!   

İnstagramda izləyin!

Seçilən
56
2
azpost.info

3Mənbələr