80 evi və yarmadası olan Ferdi Tayfur milyardlıq sərvətini kimə bağışlayıb? - FOTO
Türkiyədə arabesk musiqisinin əfsanəsi hesab edilən müğənni Ferdi Tayfurun vəsiyyəti açıqlanıb.
Qlobal.net "hürriyet"ə istinadla xəbər verir ki, bu barədə sənətçinin ailə üzvləri məlumat yayıb.
Mülklərin konkret bölgüsü açıqlanmasa da, müğənninin bacısı qızı Şirin Gözalıcı onun sərvətinin bir hissəsinin xeyriyyə qurumlarına bağışladığını yazıb:
"Əslində bu açıqlamanı sevdikləri ilə bölüşmək istəyirdi, amma təəssüf ki, ömrü yetmədi. Bu şərəfli vəzifə bizim üzərimizə düşdü. Atamız xalqımızın gücü və sevgisi ilə əldə etdiyi var-dövlətinin bir hissəsini Türkiyə Silahlı Qüvvələrinə, Darüşşafaka Vəqfinə və LÖSEV-ə bağışlayaraq xalqına olan sevgi və bağlılığını bir daha nümayiş etdirdi. Biz onun ailəsi olaraq atamızla sonsuz qürur duyuruq” - məlumatda deyilir.
Açıqlamada Zeliha Tayfur (ilk həyat yoldaşı), Tuğba Dınız (qızı), Funda Doğrul(qızı), Ferdi Taha Tayfur(bacısı qızı), Nilüfer Gözalıcının(bacısı qızı) adları yer alsa da, müğənninin qızı Tuğçe Tayfurun adının olmaması diqqət çəkib.
Sənətçinin sərvətindən ailə üzvlərinə düşən pay haqda isə məlumat verilməyib.
Qeyd edək ki, 79 yaşlı F.Tayfur bu ilin 2 yanvarında vəfat edib. Türkiyə mətbuatı onun Marmarisdə bir körfəz və yarımadası, həmçinin 80 evi və 6 villası olduğunu yazmışdı. Mərhum sənətçinin ümumi 3 milyard lirə sərvəti olduğu da məlumatlar arasındadır. (ölkə.az)