Finlandiya Rusiya ilə əlaqəli bu cür sövdələşmələrin təhlükəsizliyi ilə bağlı narahatlıqlar ortaya çıxdıqdan sonra bəzi xarici vətəndaşların əmlak almasını dayandırmaq planını reallaşdırır.
Qaziler.az xəbər verir ki, bu barədə "Bloomberg" ölkənin Müdafiə Nazirliyinin rəhbəri Antti Hakkanenin sözlərinə istinadən yazır.
Agentliyin yazdığı kimi, cümə axşamı, fevralın 6-da Helsinki hökuməti qanunvericilərin müzakirəsinə rusların Finlandiyada hər hansı daşınmaz əmlak almasını qadağan etmək məqsədi daşıyan qanun layihəsi təqdim edib.
Qanun ölkəsi Ukraynaya qarşı təcavüzkar müharibə aparan və milli təhlükəsizliyə təhlükə yarada bilən vətəndaşlara şamil ediləcək.
"Bu qanun layihəsinin məqsədi rusların Finlandiyada daşınmaz əmlak almaq imkanlarını məhdudlaşdırmaqdır", - Hakkanen bildirib.
QAZİLER.AZ