AZ

Ağır qəzaların baş verdiyi avtomobil yolunda YENİLİK EDİLDİ - FOTO

Yevlax rayonunda 5 min nəfərdən çox əhalinin yaşadığı Şəkitayı, Aeroport və Çənlibel yaşayış massivlərinə gedən avtomobil yolunda müasir işıqlandırma sistemi quraşdırılıb.

Avtosfer.az-ın "Report"a istinadən məlumatına görə, quraşdırma işləri yaşayış massivlərinə gedən 4 km uzunluğa malik, indiyədək heç vaxt işıqlandırma sistemi olmayan yolda aparılıb.

Qeyd edək ki, 5 min nəfərdən çox əhalinin olduğu Şəkitayı, Aeroport və Çənlibel yaşayış massivlərinin sakinləri Yevlax Şəhər İcra Hakimiyyətinə müraciət ünvanlayaraq gündəlik istifadə etdikləri yolda tez-tez avtoqəzalar baş verdiyini bildirib, işıqlandırılma sisteminin qurulmasını xahiş ediblər.

image

Seçilən
14
3
avtosfer.az

4Mənbələr