AZ

Dünyaca məşhur media qurumlarının maliyyələri kəsildi

ABŞ-nin icra hakimiyyəti “Politico”, “The New York Times” və “Associated Press”ə ayrılan maliyyəni kəsir. 

Demokratikmusavat.comxəbər verir ki, bu barədə ABŞ Hökumətinin Effektivliyi Departamentinin (DOGE) rəhbəri İlon Mask X-də (tviter) yazıb.

Söhbət ABŞ-nin müxtəlif dövlət qurumlarının bu KİV-ə bahalı abunələr üçün etdikləri ödənişlərdən gedir. 

Maskın sözlərinə görə, Dövlət Departamenti "Associated Press" agentliyinə ödəniş etməyi dayandırıb, Maliyyə Nazirliyi "The New York Times" qəzetinə abunə ödənişini dayandırıb, NASA isə "Politico"nun xidmətlərindən imtina edib.

Fevralın 5-də Ağ Evin mətbuat katibi Karolina Levit elan etdi ki, ABŞ hökuməti ildə təxminən 8 milyon dollara başa gələn "Politico"ya abunəliyini ləğv edəcək. 

O qeyd edib ki, "Politico", əslində, Amerika vergi ödəyiciləri tərəfindən subsidiyalaşdırılır və DOGE komandası artıq qəzetə ödənişləri dayandırmaq üçün işə başlayıb. 

Mürtəza
Demokratikmusavat.com

Kriptovalyuta bazarında vəziyyət kəskin dəyişdi

Nazirlikdən qərar: Muay-tay Azərbaycan Kikboksinq Federasiyasının tərkibinə daxil edildi

Əfsanəvi Lionel Messi və komanda yoldaşları Bakıya gəlirlər

"Bilgəh" sanatoriyasının baş həkimi ambulator arayışı niyə qanunsuz sayır?

Ceyhun Bayramov İrana işgüzar səfərə yola düşüb

Ata məktəbli qızını paltarına görə döyüb pəncərədən atdı

Kənddə yaşayan əhali üçün hansı dövlət proqramları olmalıdır? - ŞƏRH

Diplom tanınmasına dair 9 nəfərə verilmiş şəhadətnamə ləğv olundu

Vəkillər Kollegiyası Qarabağ qazisinin ittihamı və iddiası qarşısında

SOCAR Slovakiyaya təbii qaz tədarükünə başlayıb

Seçilən
0
1
Demokratikmusavat.com

10Mənbələr