AZ

Türkiyə kuboku: “Qalatasaray” səfərdə “Boluspor”a qalib gəlib

Türkiyə kubokunda II turun oyunları davam edir. 

Missiya.Az Apasport.az-a istinadən xəbər verir ki, günün ilk matçında “Kasımpaşa” səfərdə “İstanbulspor”un qonağı olub. 

Görüş meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə nəticələnib. Turun digər oyununda isə, “Qalatasaray” millimizin üzvü Vüsal İsgəndərlinin komandası “Boluspor”la üz-üzə gəlib. 11-ci dəqiqədə Vüsal hesabı açsa da, ev sahiblərinin sevinci çox çəkməyib. “Cimbom”un yeni transferi Alvaro Morata hesabı bərabərləşdirib. Görüş “Boluspor”un 1:4 hesablı məğlubiyyəti ilə yekunlaşıb. 

Türkiyə kuboku 

II tur 

14:00. “İstanbulspor” – “Kasımpaşa” – 2:0 

17:00. “Boluspor” – “Qalatasaray” – 1:4. 

Seçilən
39
5
missiya.az

6Mənbələr