AZ

Böyük Britaniya bomba zərərsizləşdirən robot it yaradır

Nou-hau qapıları açmağı, pilləkənlərlə yuxarı-aşağı hərəkət etməyi “öyrədib”.

QHT.az xəbər verir ki, Böyük Britaniya Müdafiə Nazirliyi tərəfindən təşkil edilən sınaqlarda bombaları zərərsizləşdirə bilən robot itlər uğurla testdən keçib. “Maraqlı Mühəndislik” yazır ki, robotlar partlayıcı qurğuları müəyyən edib zərərsizləşdirmək, qapıları açmaq, pilləkənlərlə hərəkət etmək kimi tapşırıqları yerinə yetirib. Dörd gün davam edən testlərdə süni intellektlə işləyən robotların təhlükələrin uzaqdan təsnifatı və bombaların zərərsizləşdirilməsində effektivliyi qiymətləndirilib. Müdafiə Təchizatı və Sənaye Məxfilik Xidməti bildirib ki, bu texnologiya hərbçiləri qorumaqla yanaşı, təhlükəsizlik əməliyyatlarını sürətləndirəcək.

Sınaqların nəticələri gələcəkdə Britaniyanın milli təhlükəsizliyini artırmağa yönəlmiş texnologiyaların inkişafı üçün istifadə ediləcək.

 

R.İmanov

Seçilən
57
qht.az

1Mənbələr