Sea Breeze

“Qədim Qala” Nəşriyyatının yeni kitabı işıq üzü görüb.

Bu barədə Nəşriyyatını direktoru Şöhlət İxtiyaroğlu məlumat verib.

Nəşr olunmuş “Eşq cəlladı” kitabı tanınmış amerikalı psixoterapev İrvin D. Yalomun sadəcə psixoterapevtik hekayələr toplusu deyil, həm də həyatın mənası və çətinlikləri barədə düşünməyə dəvət edən bələdçidir.

Müəllif terapiyaya pənah gətirmiş və proses əsnasında ekzistensial ağrı ilə üzləşmiş on pasiyentin hekayəsini danışır. Pasiyentlərin onu da hər insanın üzləşə biləcəyi problemlərdən əziyyət çəkir: tənhalıq, rədd edilmiş sevginin ağrı-acısı, qocalıq və ölümün qaçılmazlığı, kədər, əhval dəyişkənliyi, özünə nifrət, cinsi zəiflik, hiperseksuallıq və bütün bunların fonunda yaranan artıq çəki, hipertoniya, miqren ağrıları, depressiya. Lakin terapiya necəsə (hər hekayədə fərqli tərzdə meydana çıxan “necəsə”) bu gündəlik problemlərin dərin köklərinə enə bilir və onların, əslində, ekzistensial mənbələrdən qaynaqlandığını göstərir.

Müəllif ekzistensial-humanist istiqamətin ən parlaq nümayəndələrindən biridir. Qrup terapiyası və ekzistensial psixoterapiya sahəsində əsaslı və fundamental əsərlərin müəllifidir. Bu kitabda da zəngin təcrübəli praktik terapevt olaraq qarşılaşdığı ən maraqlı hekayələri oxucularla bölüşür.

Müəllifin səmimiyyəti və cəsarəti – yalnız peşə sirlərini deyil, öz şəxsi səhvlərini və zəif tərəflərini də oxucularla bölüşməyə hazır olması – gözəl yazıçılıq istedadı ilə birləşir və kitabdakı hər bir hekayəni təkcə mütəxəssislər üçün yox, həm də geniş oxucu kütləsi üçün maraqlı edir.

ETX
ETX
ETX