İmişli rayonunda yanğın baş verib.
İmişli rayonunda yanğın hadisəsi baş verib.
Operativ Media xəbər verir ki, hadisə rayonun Nurulu kəndində Fətulla Həsənova məxsus evdə qeydə alınıb.
Ümumi sahəsi 81 kvadratmetr olan qamışdan ibarət birmərtəbəli 2 otaq və aynabənddən ibarət ev anidən yanıb. Yanğın yerinə İmişli rayon yanğından mühafizə xidməti cəlb olunub.
Yanğın nəticəsində 1 otağının yanar konstruksiyaları 36 kvadratmetr sahədə yanıb.
Faktla bağlı araşdırma aparılır.