AZ

Edi Reski Dviçayo: "Çox həyəcanlıyam"

“Yaxşı nəticə qazanmaq üçün əlimdən gələni edəcəyəm".

İdman.biz xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan yığmasının badmintonçusu Edi Reski Dviçayo deyib.

O, Bakıda keçiriləcək qarışıq komandaların Avropa çempionatından gözləntilərini açıqlayıb: ”Bakının belə mötəbər yarışa ev sahibliyi etməsi sevindiricidir. Bu turnirdə iştirak edəcəyim üçün çox həyəcanlıyam. Doğma divarlar arasında çıxış etmək həm mənim, həm də komanda yoldaşlarım üçün ilkdir”.

Dviçayo rəqibləri də dəyərləndirib: “Biz Danimarka, İngiltərə, İspaniya yığmaları ilə eyni qrupda mübarizə aparacağıq. Məlumdur ki, Danimarka ən güclü komandalardan biridir. Bu komanda son Avropa çempionatının qalibi olub. Buna baxmayaraq, komandamızın güclü rəqiblərlə mübarizə apara biləcəyini düşünürəm”.

Qeyd edək ki, fevralın 12-16-da Bakı İdman Sarayında baş tutacaq yarışda 8 komanda mübarizə aparacaq. Yığmamızın rəqibləri son Avropa çempionu Danimarka, İspaniya və İngiltərə olacaq.

Aytac Sahəd
İdman.biz

Seçilən
39
idman.biz

1Mənbələr