AZ

Gəncədə maşın yolu keçmək istəyən piyadanı vurdu - FOTOLAR

Gəncədə piyadanın vurulması ilə nəticələn yol qəzası baş verib.

"Unikal"ın  məlumatına görə, hadisə şəhərin Heydər Əliyev ilə Şah İsmayıl Xətai prospektinin kəsişməsində qeydə alınıb. Hərəkətdə olan "VAZ 2107"  markalı minik maşını yolu keçmək istəyən orta yaşlı kişini vurub. Piyada xəstəxanaya yerləşdirilib, vəziyyətinin ağır olduğu bildirilir.

Hadisə yerinə DYP əməkdaşları cəlb olunub.

Tural Əhmədov

Seçilən
35
34
unikal.az

10Mənbələr