AZ

USAID böhranı - Bill Qeyts Trampla görüşdü

Microsoft-un qurucusu Bill Qeyts ABŞ prezidenti Donald Trampla görüşü zamanı ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi (USAID) vasitəsilə xarici yardımların davam etdirilməsinə çağırıb.

"Ölkə.az" xəbər verir ki, bu barədə Qeyts NBC telekanalına verdiyi müsahibədə bildirib.

ABŞ-ın yeni Dövlət İdarəetməsinin Effektivliyi Departamentinin (DOGE) rəhbəri və sahibkar İlon Mask 2 fevralda USAID-i “cinayətkar təşkilat” adlandıraraq, onun “ölmək vaxtının çatdığını” bəyan edib. Bazar ertəsi günü isə Mask Trampın USAID-in bağlanması ilə razılaşdığını açıqlayıb. Bundan əlavə, DOGE rəhbəri agentliyin bağlanma prosesinin artıq başladığını vurğulayıb.

NBC telekanalının xəbərinə görə, Qeyts Ağ Evdə Tramp ilə görüşərək USAID vasitəsilə xarici yardımın davam etdirilməsinin vacibliyini vurğulayıb.

Microsoft-un qurucusu hələlik ABŞ-ın hansı xarici yardımları harada davam etdirəcəyinin qeyri-müəyyən olduğunu bildirib. O, USAID-in yerinə oxşar bir qurum yaratmağın ABŞ üçün çox çətin olacağını da əlavə edib. Bununla yanaşı, Qeyts agentliyin bağlanmasının təşəbbüskarı olan Mask ilə görüşmədiyini israrla vurğulayıb.(musavat.com)

Seçilən
31
olke.az

1Mənbələr