AZ

Qəzza gələcək Fələstin dövlətinin ayrılmaz hissəsidir - Aİ rəsmisi

Avropa İttifaqı (Aİ) Komissiyasının xarici əlaqələr üzrə sözçüsü Anouar Əl Anouni ABŞ Prezidenti Donald Trampın Qəzza zolağının “ələ keçirilməsi” planı ilə bağlı bəyanatından sonra Qəzzanın gələcək Fələstin dövlətinin ayrılmaz hissəsi olduğunu qeyd edib.

Teleqraf xəbər verir ki, Əl Anouni bu sözləri Aİ-nin jurnalistlər üçün təşkil etdiyi mətbuat konfransında səsləndirib.

"Aİ həm israillilər, həm də fələstinlilər üçün uzunmüddətli barışığa aparan yeganə yol olduğuna inandığımız sülhlə tam sadiq qalır. Biz Qəzzanın gələcək Fələstin dövlətinin ayrılmaz hissəsi olduğunu açıq şəkildə bildiririk", - sözçü belə qeyd edib.

O, Aİ-nin mövqeyindən çıxış edərək söyləyib ki, fələstinlilərin bundan sonra məcburi köçkünlüyünə yol verilməməlidir.

Xatırladaq ki, fevralın 4-də Donald Tramp Ağ Evdə danışıqlardan sonra Benyamin Netanyahu ilə birgə mətbuat konfransında Vaşinqtonun Yaxın Şərqdə sülhün bərqərar olması naminə onu inkişaf etdirmək üçün Qəzza zolağına uzunmüddətli sahiblik etməyi nəzərdən keçirdiyini bildirib. Ərəb ölkələri, İran və bir sıra Qərb dövlətləri Trampın bu ideyasına qarşı çıxıblar.
Seçilən
67
11
sherg.az

10Mənbələr