AZ

Moldovanın keçmiş prezidenti İqor Dodonun qardaşı istintaq təcridxanasından azad edilib

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Moldovada qanunsuz varlanma ilə bağlı səs-küylü işdə gözlənilməz dönüş baş verib. Belə ki, ölkənin keçmiş prezidenti İqor Dodonun qardaşı Aleksandr Dodon cinayətdə iştirakda ittiham olunduğu istintaq təcridxanasından azad edilib.
Oxu.Az-ın məlumatına görə, bu barədə Korrupsiyaya qarşı Mübarizə Prokurorluğunun Mətbuat Xidməti "Facebook"da məlumat yayıb.
Bildirilib ki, Aleksandr Dodon təxminən 2 ay ölkəni tərk edə bilməz.
"O azad edilib. Preventiv tədbir kimi 60 gün ərzində ölkəni tərk etmək qadağası seçilib", - deyə məlumatda qeyd olunub.
Seçilən
47
44
oxu.az

10Mənbələr