AZ

"Atalanta"nın iki oyunçusu üçün mövsüm erkən bitdi

"Atalanta"nın iki əsas oyunçusu cari mövsümün qalan hissəsini buraxacaq. 

Fanat.Az xəbər verir ki, söhbət müdafiəçi Corcio Skalvini və hücumçu Canluka Skamakkadan gedir.

Bu barədə "La Gazzetta dello Sport" məlumat yayıb.

Skamakka ilk oyunda diz bağını cırıb. O, çarpaz bağın yırtılması səbəbindən mövsümün ilk yarısını buraxıb. 

Skalvini isə bu mövsüm bütün yarışlarda cəmi 8 matç keçirməyi bacarıb. O, yanvarın 25-də A Seriyası çərçivəsində "Komo" ilə matçda çiynindən ağır zədə alıb.

Hər iki futbolçu əməliyyat olunmalıdır. Uzun bərpa dövrləri onların bu mövsüm qayıtmasını qeyri-mümkün edir.

Mirağa

Seçilən
30
fanat.az

1Mənbələr