AZ

Xalq artisti Nuriyyə Əhmədovanın dəfninə qatılmamasından danışdı

Xalq artisti Hacı İsmayılov mərhum Nuriyyə Əhmədovanın dəfn mərasimində iştirak etməməsinin səbəbini açıqlayıb.

Milli.Az xəbər verir ki, aktyor bu haqda Ruhi Əliyevanın "Qaranlıqda həqiqət" yutub layihəsində danışıb. O, uzun müddətdir gedən söz-söhbətlərə son qoyub:

"Nuriyyənin dəfnində Bakıda yox idim. Nuriyyə xanım Azərbaycan kinosunun, teatrının sevilən aktrisalarından biri idi. Onunla "Həm ziyarət, həm ticarət" filmində hər günümüz bir yerdə keçib. Hətta bəzi yerlərdə filmdən danışanda deyiblər ki, Nuriyyə xanım çox gözəl oynayır. Hətta məni demirlər, ondan bəhs edirlər. Lakin çox dramatik, faciəvi həyat yaşadı. Böyük qızı "Həm ziyarət, həm ticarət" filmində elə bizim qızımızı oynayıb. Sonra o qızı, ardınca oğlu faciəvi şəkildə vəfat etdilər. Onun taleyi yadıma düşəndə Sovet dövrünün məşhur müğənnisi Lyudmila Zyknanı xatırlayıram. Lyudmilanın hər şeyi var idi, SSRİ Xalq artisti idi, Lenin ordeni, digər ordenləri, mənzili, maşını hər şeyi olub. O, vəfat edəndən sonra prodüserindən soruşurlar ki, onun hər şeyi, var-dövləti var idi, bəs xoşbəxt idi? Cavab verir ki, o, səhnədə, sənəti olanda xoşbəxt idi, çünki ailəsi, uşağı yox idi. Həyatdır, mətnli, mərd insan idi ki, o faciələrin müqabilində filmlərə çəkilirdi. Sənət onu yaşadırdı. Sənət bitəndən sonra dərdlər çoxalırdı".

Qeyd edək ki, "Həm ziyarət, həm ticarət" filmi 1995-ci ildə çəkilib. N.Əhmədova 2015-ci ildə vəfat edib. (Axşam.az)
 

Milli.Az 

Seçilən
1
2
milli.az

4Mənbələr