Azərbaycan Kubokunun 1/4 final mərhələsinin daha bir oyunu keçirilib.
Yenisabah.az xəbər verir ki, "Səbail" “ASCO Arena”da "Qarabağ"ı qəbul edib.
Oyunun taleyini 1 qol həll edib. 35-ci dəqiqədə Yassin Benzia meydan sahiblərinin qapısına yol taparaq "Qarabağ"a qələbə qazandırıb.
Cavab qarşılaşması fevralın 27-də keçiriləcək.
Qeyd edək ki, bu raundun əvvəlki görüşlərində "Neftçi" səfərdə "Kəpəz"i 2:0, "Araz-Naxçıvan" isə "Zirə"ni doğma meydanda 1:0 hesabı ilə məğlub edib. "Sabah" - "Sumqayıt" matçında isə hesab açılmayıb.
Telegram kanalımız