AZ

Demokratlar Donald Trampa qarşı impiçmentin tətbiqinə çağırır

ABŞ Nümayəndələr Palatasının demokratlardan olan nümayəndəsi Al Qrin bildirib ki, o, prezident Donald Trampı “alçaq hərəkətlərinə” görə impiçment etmək istəyir.

“The Hill” yazır ki, Qrin Ağ Ev rəhbərinin ABŞ-ın “Qəzza zolağının işğalına” hazır olması ilə bağlı sözlərinə belə cavab verib.

Fevralın 5-də Konqres Palatasının sessiyası zamanı Qrin prezidentin impiçmenti üçün hərəkatın başladığını elan edib. O, Donald Trampın “Qəzza zolağının işğalı” istəyini tənqid edib və bunu etnik təmizləmə adlandırıb. “Etnik təmizləmə zarafat deyil, xüsusən də bu, dünyanın ən qüdrətli adamı olan ABŞ prezidentinin dilindən gəldiyi zaman.
Əl Qrin 2017-ci ildə də Trampın ilk impiçmentinin təşəbbüskarlarından biri olub. O, bildirib ki, əvvəlcə xalq prezidentin istefasını tələb etməlidir, daha sonra bu, “ediləcək”.

//Samir Qurbanov, Editor.az

Seçilən
29
editor.az

1Mənbələr