AZ

ABŞ Dövlət katibi Qəzza əhalisinin köçürülməsi məsələsinə aydınlıq gətirdi

ABŞ Prezidenti Donald Tramp Qəzza əhalisinin köçürülməsi təklifini irəli sürəndə o, yalnız müvəqqəti köçürülməni nəzərdə tutub.

Xarici KİV xəbər verir ki, bunu ABŞ Dövlət katibi Marko Rubio Qvatemalaya səfəri zamanı deyib.

Marko Rubionun sözlərinə görə, Trampın birmənalı qarşılanmayan bu təklifi heç də məkrli məqsəd daşımayıb və Birləşmiş Ştatların bölgədə yenidənqurma işlərini öz üzərinə götürmək iradəsini sərgiləyən xoşməramlı bir addım olub.

Müdafiə naziri isə bildirib ki, söhbət Qəzzada dağıntıların təmizlənməsi və yenidənqurma işləri aparılana qədər əhalinin müvəqqəti relokasiyasından gedir.

Bu arada Ağ Evin mətbuat katibi Kerolayn Levitt də Prezidentin Qəzzanın yenidən qurulmasında və proses zamanı əhalinin müvəqqəti olaraq köçürülməsində qətiyyətli olduğunu bildirib.

Seçilən
36
2
korrespondent.az

3Mənbələr