AZ

"Neftçi"nin baş məşqçisinin burnunu sındırdılar - VİDEO

AFFA U-17 liqasında biabırçı hadisə yaşanıb.

Sportal.az xəbər verir ki, dava-dalaş 26-cı turun “Vətən” - “Neftçi” görüşündə qeydə alınıb.

69-cu dəqiqədə yaranan dava zamanı ev sahibi komandanın rəsmisi “ağ-qaralar”ın baş məşqçisi Asif Ələsgərovu başla vurub.

Tərəflər sonra əlbəyaxa olublar. Nəticədə məşqçinin burnu sınıb. Matç "Neftçi”nin 3:0 hesablı qələbəsi ilə başa çatıb.

saytlarin hazirlanmasi

Seçilən
23
sportal.az

1Mənbələr