"Qalatasaray" Türkiyə Kubokunun qrup mərhələsində növbəti oyununu keçirib.
Publika.az xəbər verir ki, İstanbul təmsilçisi C qrupunun II tur qarşılaşmasında səfərdə "Boluspor"un qonağı olub. Matç "cim-bom"un 4:1 hesablı qələbəsi ilə yekunlaşıb.
"Qalatasaray"ın qollarını Alvaro Morata, Eyüp Aydın, Yusuf Dəmir və Ahmed Kutucu vurublar. Ev sahibi komandanın yeganə qoluna isə azərbaycanlı futbolçu Vüsal İsgəndərli imza atıb.