AZ

​Avropa İttifaqı Trampın Qəzza ilə bağlı planını rədd etdi

Avropa İttifaqı Komissiyası ABŞ Prezidenti Donald Trampın ölkəsinin Qəzza zolağını nəzarətə alınması ilə bağlı planını rədd edib. Metbuat.az xəbər verir ki, Avropa İttifaqı Komissiyasının Xarici Əlaqələr üzrə sözçüsü Anouar El Anouni bildirib ki, Qəzza gələcək Fələstin dövlətinin ayrılmaz hissəsidir. Onun sözlərinə görə, Avropa İttifaqı iki dövlətli həllə tam sadiq qalır və bunu həm israillilər, həm də fələstinlilər üçün problemin tək həll yol olduğunu hesab edir. Sözçü bəyan edib ki, Avropa İttifaqı fələstinlilərin məcburi köçürülməsinə qarşıdır.

Qeyd edək ki, Donald Tramp ABŞ-nin Qəzzada nəzarəti ələ keçirə biləcəyini və lazım gələrsə, təhlükəsizlik məqsədilə ABŞ əsgərlərinin oraya yerləşdirilə biləcəyini bəyan edib. Tramp Qəzzadakı fələstinlilərin qonşu ölkələrə, xüsusilə Misir və İordaniyada tikiləcək yeni qəsəbələrə köçməsini irəli sürüb.

Seçilən
94
6
metbuat.az

10Mənbələr